Suraxanı rayonunda 140 minə yaxın sakin tibbi müayinədən keçib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkənin hər yerində olduğu kimi, paytaxtın Suraxanı rayonunda da əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması işi mütəşəkkilliklə davam edir. Həmin tədbir rayonun 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyasında həyata keçirilir.

İndiyə qədər Suraxanı  üzrə 139,2 min nəfər və 121 təşkilatın kollektivi tibbi müayinədən keçib. Onlardan 3,1 min nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 101 nəfər stasionar müalicəyə cəlb edilib, 236 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxt xəstəxanalarına göndərilib.

Rayonda tibbi müayinənin aparıldığı səhiyyə ocaqlarından biri də 24 nömrəli şəhər poliklinikasıdır. Bu səhiyyə müəssisəsinin baş həkimi Hacağa Bağırov bildirib ki, poliklinika müayinələrin aparılması üçün tam hazır vəziyyətə gətirilib. Burada 25 min nəfərə xidmət göstərilir ki, onlardan 6,1 mini uşaqdır. 

Mayın 1-dək 17,5 min sakinin sağlamlıq vəziyyəti yoxlanılıb. Onlardan 64 nəfəri rentgen, 237 nəfəri ultrasəs aparatı, 495 nəfəri laboratoriya və 196 nəfəri exokardioqrama müayinəsindən keçib. Müayinədən keçənlərin 329 nəfərində müxtəlif xəstəliklər aşkar olunub və onlardan 14 nəfəri müayinə üçün digər xəstəxanalara göndərilib. Xəstəlik aşkar edilən sakinlərin müalicəsi üçün tədbirlər görülür.

Qeyd edək ki, poliklinikada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Onlar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən vətəndaşların  evlərində tibbi xidmət göstərirlər.

Bülbülə qəsəbə sakini  Gülü  Məmmədova şəhər poliklinikasının tibbi  heyətindən, burada yaradılan şəraitdən razılığını bildirərək vurğulayıb ki, bu aksiya  dövlət başçısının hər bir Azərbaycan vətəndaşını sağlam, gümrah görmək istəyindən xəbər verir.

Bülbülənin digər sakini Malik Həsənov isə deyib ki, cənab Prezidentin bu təşəbbüsü qəsəbə sakinləri tərəfindən böyük razılıqla qarşılanır və insanlar tibbi müayinəyə böyük həvəslə gəlirlər. Bu qayğıya görə cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında