Qubada 650 qram doğulan uşağın çəkisi 1650 qrama çatıb

Qubada 650 qr doğulan oğlan uşağının çəkisi 52 gün ərzində 1620 qrama çatdırılıb. 2018-ci il martın 7-də Quba Regional Perinatal Mərkəzdə 26 həftəlik hamiləlikdən doğulan uşaq həkimlərin səyi nəticəsində artıq sərbəst tənəffüs edir, 25 ml ana südü əmir və qidanı mənimsəyir. Ekstremal az çəkidə doğulan uşağın boyu 2 aya yaxın müddətdə müntəzəm olaraq artıb, kliniki-laborator müayinələrin nəticələri artıq norma daxilindədir.

 Ölkəmizdə fəaliyyət göstərən Perinatal mərkəzlərdə, doğum evlərində, III səviyyəli doğuşayardım tibb müəssisələrində yaradılan şərait problemli doğuşlar zamanı əksər hallarda yüksək nəticə əldə etmək imkanını artırır.

 Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən bildiriblər ki, Azərbaycanda qəbul edilən "Ana və uşaqların sağlamlığının qorunması" Dövlət proqramı çərçivəsində Quba Regional Perinatal Mərkəzi də bütün doğuşayardım tibb müəssisələri kimi müasir tibbi avadanlıqlarla təchiz edilib, kadr potensialı gücləndirilib.

  Qeyd edək ki, ölkəmiz 2015-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının diridoğulma meyarlarına keçid edib, digər inkişaf etmiş dövlətlərdə olduğu kimi, 500 q çəkidə və 22 həftəlik hamiləlikdən olan uşaqlara yaşama hüququnu tanıyıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında