“Neonatal reanimasiya” üzrə təlimlər başa çatıb

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Yenidoğulmuşların reanimasiyası” üzrə praktik təlim kursu keçirilib. Kurs perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerikanın Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı əsasında keçirilir. Ölkənin şəhər və rayonlarının doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kursda həmçinin reanimasiyaya köçürülmüş körpələrin müalicə-müşahidə proqramını tərtib etmək bacarığı da öyrədilir.

Nazirliyin baş neonatoloqu Rüstəm Hüseynov antenatal (doğuşa qədər müddət), intranatal (doğuş zamanı) və postnatal (doğulduqdan sonra) dövrlərdə körpələrdə müşahidə olunan problemlər və onların aradan qaldırılması üçün görülə biləcək tədbirlər haqqında kurs iştirakcılarına məlumat verib, reanimasiyaya hazırlıq, adaptasiya dövrü, neonatal qayğının ilkin addımları, neonatal reanimasiyanın icmalı və prinsiplərindən söz açıb.

Təlim kursunda yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, eyni zamanda təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi öyrədilib. Həmçinin iştirakçılara komanda işinin aparılması və yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərilməsi, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımın tətbiqi, müvafiq tibb müəssisələrinə onların vaxtında çatdırılmasının təmin olunması ilə bağlı ətraflı məlumat verilib.

 Qeyd edək ki, nazirlik tərəfindən akkreditə olunmuş kursda təlimi müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında