ATU-nun həkimləri mürəkkəb əməliyyatı uğurla icra ediblər

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb cərrahiyyə əməliyyatı uğurla icra olunub. Ağız boşluğunda və çənəsində şiş olan bir xəstədə şişlə yanaşı, çənənin bir hissəsi də götülürüb. Çənədən çıxarılan sümüyün əvəzinə isə titandan rekonstruktiv lövhə qoyulub.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudovun sözlərinə görə, bu xəstənin hələ 4 il qabaq çənəaltı tüpürcək vəzində şiş müşahidə olunub.  Xəstə sonrakı müalicə üçün onkoloji müalicə müəssisəsinə göndərilib, lakin növbəti müayinələrə gəlməyib.

Həmin pasiyent 4 ildən sonra yenidən ATU Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Məlum olub ki, bu müddət ərzində xəstə özunu yaxşı hiss edib, heç bir problemi olmayıb: “Lakin dekabr ayında xəstə özü bizə müraciət etdi. Bəlli oldu ki, artıq ağız boşluğunda da törəmə əmələ gəlib və cənə sümüyünə və dilaltı toxumalara da yayılıb”.

ATU-nun mətbuat xidmətindən bildiriblər ki, bu mürəkkəb əməliyyat təxminən 6 saat davam edib. Nəticədə çənə sümüyü rezeksiya olunub, şiş götürülüb. Eyni zamanda, boyunda da böyümüş limfa vəziləri olduğu üçün radikal boyun diseksiyası icra edilib. Əməliyyatın ikinci mərhələsində ağız boşluğundakı defekt ön qol nahiyəsindən götürülmüş sərbəst ayaqcıqlı dilim vasitəsilə və mikrocərrahi texnikanın köməkliyi ilə damarlara anastomoz qoyularaq bərpa edilib. Bir həftə öncə icra edilən əməliyyatdan sonra  xəstənin ümumi vəziyyəti yaxşıdır. Artıq yaraları sağaldığından, xəstə yaxın zamanda evə yazılacaq.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında