Ağstafada əhali pulsuz tibbi müayinədən razılıq edir

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev əhalinin pulsuz tibbi müayinəsi başladığı gündən indiyədək bir neçə dəfə səhiyyə müəssisələrində olub, sakinlərlə görüşüb. Məqsəd ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, bu il də əhalinin pulsuz tibbi müayinədən keçirilməsinin təşkilini yerlərdə bir daha yoxlamaq, adamların rəy və təkliflərini öyrənmək olub. Növbəti belə bir görüş rayon mərkəzi xəstəxanasında baş tutub. Rayon rəhbəri xidmətin vəziyyəti ilə yaxından tanış olub, müayinədən keçən sakinlərlə söhbət edib. Məhərrəm Quliyevlə  ünsiyyətdə olan sakinlər onlar üçün yaradılan şəraiti yüksək qiymətləndirib və buna görə dərin minnətdarlıqlarını bildiriblər.         

Qeyd edək ki, rayon əhalisinin tibbi müayinəsi ilə əlaqədar müvafiq komissiya yaradılmış, kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafik əsasında əhalinin müayinədən keçirilməsi təşkil edilmişdir. Həkim briqadaları şəhər, qəsəbə və kəndlərdə əhalinin müayinəsini təşkil edir, xəstəlik aşkar olunduqda onlar ambulator və stasionar müalicəyə cəlb olunurlar. Bəzi xəstələr isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilir.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında