Qlobal Psixi Sağlamlıq Simpoziumunun plenar iclasında

Milli Psixi Sağlamlıq Mərkəzində Qeyri-infeksion xəstəliklər və Qlobal psixi sağlamlıq simpoziumuna start verilib.

Martın 27-də simpozium işini Azərbaycan Tibb Universitetində (ATU) davam etdirib. Plenar iclasda giriş sözü ilə çıxış edən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev simpoziumun əhəmiyyətindən danışıb. 

Professor S.Əliyev simpozium iştirakçılarına ATU-nun tarixi haqqında da qısa məlumat verib. Bildirib ki, Azərbaycan Tibb Universiteti 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında yaradılıb. Yarım əsrdən çoxdur fəaliyyətdə olan ATU hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən iri elm və tibb ocağıdır. Universitetin elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilmişdir.

Boston Uşaq Xəstəxanası, Harvard Tibb Məktəbinin mərkəz direktoru, MPH Kerim Munir çıxış edərək, simpoziumun işinə uğurlar arzulayıb. Azərbaycan Psixiatriya Assosasiyasının prezidenti, professor Nadir İsmayilov, ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri, psixiatr İkram Rüstəmov belə bir mötəbər toplantının Azərbaycanda keçirilməsinin ölkəmizdə səhiyyə sahəsinin inkişafının göstəricisi olduğunu bildiriblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında