Rusiyanın görkəmli dövlət xadimi BSU tələbələri qarşısında mühazirə oxuyub

 Moskva Beynəlxalq Universitetinin politosofiya və fəlsəfə elmləri kafedrasının müdiri Gennadi Eduardoviç Burbulis Bakı Slavyan Universitetinin qonağı olub.  Qonağı universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, elmi işlər üzrə prorektor, professor  Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektor Xanım Sultanova, beynəlxalq şöbənin müdiri Ülviyyə Abbasova və digər şəxslər qarşılayıblar.

            R.Novruzov universitetin Rusiya Fedarasiyasının ali məktəbləri ilə əlaqələrindən, tələbə-müəllim mübadilələrindən, BSU-da rus dili və ədəbiyyatının tədrisindən, universitetdə fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzininn həyata keçirdiyi tədbirlərdən danışıb. O, hazırda BSU-da bir çox ölkələrdən gəlmiş tələbələrin rus dilini və rus ədəbiyyatını öyrəndiyini bildirib. Tədris işləri üzrə prorektor, professor T.Cəfərov SSRİ dağıldıqdan sonra keçmiş sovet respublikalarının əksəriyyətində rus dilinə maraq azaldığı halda, Azərbaycanda bu marağın ildən-ilə artdığını bildirib. O, Bakı Slavyan Universitetində multikultural dəyərlərə xüsusi önəm verildiyini, tələbələrin humanist, insanpərvərlik  ruhunda tərbiyə edilməsinin universitetin müəllim-professor heyətinin başlıca məqsədi olduğunu vurğulayıb.

            Gennadi Eduardoviç Burbulis ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin bərqərar olmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq  bu siyasətin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini  deyib. O, BSU-da bütün slavyan dünyasının təmsil olunmasının Azərbaycanın Avropaya inteqrasiya prosesində ciddi əhəmiyyət kəsb etdiyini və qazanılan uğurlarda bunun xüsusi payı olduğunu dilə gətirib. Qonaq 1991-ci ildə SSRİ-nin ləğv edilməsinə imza atarkən məhz məqsədlərinin müasir dünyada soyuq müharibələrdən, qarşıdurmalardan qaçmaq olduğunu bildirib. O, artıq imperiyalar dövrünün başa çatdığını qeyd edib. Bununla bərabər, politoloq qeyd edib ki, dünya birqütblü olmaq əvəzinə, mürəkkəb və çoxqütblü olub. 

             Görüşün sonunda G.E.Burbulis BSU-nun tələbələri qarşısında çıxış etmiş, onlara müasir dünyadakı real vəziyyətdən, dövlət katibi olduğu illərlə bağlı xatirələrini danışmış və suallara cavab vermişdir.

                                                                            M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında