UNEC-də Novruz şənliyi – müəllimlərlə tələbələr yarışdı

UNEC-də möhtəşəm Novruz şənliyi keçirilib.Xalqımızın mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz şənliyi UNEC-in bütün tədris binalarında qeyd olunub. Tədbirdə tələbələrin Novruz atrubitlarından ibarət hazırladıqları kreativ xonçalar sərgilənərək, şənliyə xüsusi bayram ab-havası verib.

Fakültələrin təmsil olunduqları stendlərlə tanış olan UNEC-in rektoru, professor Ədalət Muradov tələbələrin əl işlərini yüksək qiymətləndirib. Ə.Muradov bolluq-bərəkət rəmzi sayılan Novruz bayramı münasibətilə UNEC kollektivini və tələbələri təbrik edərək, onlara xoş arzularını çatdırıb.

Şənlikdə müəllimlərlə tələbələr arasında Novruz yarışları keçirilib, müsabiqələr təşkil edilib. Novruz ənənələri və atributları UNEC-in əcnəbi tələbələrinin xüsusi marağına səbəb olub.

UNEC-in ­Yaradıcılıq Mərkəzinin üzvlərinin ifa etdikləri şeir, musiqi və bir-birindən maraqlı Novruz səhnəcikləri şənliyi daha da unudulmaz edib. Novruz bayramının məşhur personajları kosa və keçəl isə bayram şənliyinə xüsusi rəng qatıb.

Elnarə Ömərova

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında