Gəncə məktəbliləri ölkənin şimal bölgəsinə yola düşdülər

Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində şimal bölgəsinə yola düşüblər. Şəhərin ümumtəhsil məktəbləri şagirdlərindən ibarət qrup martın 15-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tur-aksiyaya qoşulublar.   Heydər Əliyev Park Kompleksindəki Zəfər tağı qarşısında təhsil işçilərinin və valideynlərin iştirakı ilə qrupun Qəbələ - Şəki- Zaqatala istiqaməti üzrə yolasalma mərasimi keçirilib. Mərasimdə çıxış edən şəhər İcra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, əsrlərlə qorunub saxlanan adət-ənənələrinin, eləcə də müstəqillik illərində qazandığı nailiyyətlərin yaxından öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

Şəhər təhsil idarəsinin müdiri Zakir Hüseynov çıxış edərək deyib ki, belə tur-aksiyalar şagirdlərin tədrisdə qazandıqları nəzəri bilikləri daha da möhkəmləndirəcək, onların şəxsiyyət kimi formalaşmasına kömək edəcək, mənəvi zənginliyini artıracaqdır.

Təhsil işçiləri və valideynlər şagirdlərə səfərlə bağlı tövsiyələrini vermiş, onlara mənalı istirahət, zəngin təəssüratlar arzulamışlar. Mərasim başa çatdıqdan sonra məktəblilər və qrup rəhbərləri onlar üçün ayrılmış avtobusla şimal bölgəsinə yola düşüblər.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında