“Azərbaycanın filiz yataqları atlası” hazırlanıb

AMEA Geologiya və Geofizika İnstitutunun alimlərinin altıillik zəhmətinin bəhrəsi olan “Azərbaycanın filiz yataqları atlası” “Elm”nəşriyyatında çapdan çıxıb.

Azərbaycan alimlərinin çoxillik tədqiqatları əsasında hazırlanan atlasda filiz yataqları sahəsində tədqiqatçı alimlərin və təşkilatların elmi nəticələri geniş əksini tapıb. Nəşrin baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. Atlasda Azərbaycanın filiz yataqları barədə sənaye-genetik tiplər üzrə zəngin material toplanıb. 192 səhifəlik atlasda 469 makro və mikro fotoqrafiya, xəritə, sxem, geoloji diaqram, 42 cədvəl yer alıb. “Qara metallar”, “Aşqarlar”, “Əlvan metallar”, “Yüngül metallar”, “Nəcib metallar” başlıqlı fəsillərdə filiz yataqlarının məkanı xarakterizə olunur. Burada Daşkəsən, Şəmkir, Göygöl, Ağdərə, Çənlibel, Laçın, Əylis, Darıdağ, Qızılbulaq, Başkəndçay, Şəkərdərə, Ağyurd və s. kimi 110 filiz yatağının hərtərəfli geoloji, struktur-morfoloji, mineraloji, geokimyəvi və digər xüsusiyyətlər əksini tapıb.

“Azərbaycanın filiz yataqları atlası” xarici mütəxəssislərin diqqətini cəlb edib. Rusiya Elmlər Akademiyası (REA) Filiz Yataqlarının Geologiyası, Petroqrafiya , Mineralogiya və Geokimya İnstitutunun elmi rəhbəri, akademik N.Bortnikov atlası yüksək dəyərləndirib. Rusiyalı alim bildirib ki, bu atlas Azərbaycanda yeraltı sərvətlərdən səmərəli istifadə layihələrində, filiz yataqlarına investisiya qoyuluşunda dövlət fondunun və potensial sərmayəçilərin diqqətini cəlb edəcək.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi münasibətilə hazırlanmış “Azərbaycanın filiz yataqlarının atlası” ingilis dilində də nəşr olunacaq.

 

Ə.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında