“Peşə təhsilində təcrübə” mövzusunda beynəlxalq konfrans

Gürcüstan İşəgötürənlər Assosiasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfrans Peşə-İxtisas Təhsilində Tərəfdaşlıq layihəsi çərçivəsində baş tutub. Konfrans aşağıdakı hədəflərə yönəlib: Hazırkı layihənin nəticələrini müzakirə etmək, peşə təhsili sahəsində regional və beynəlxalq təcrübə mübadiləsini reallaşdırmaq, peşə təhsili sahəsində işəgötürən təşkilatları güncləndirmək , regional və dövlət səviyyələrində sosial tərəfdaşlığı (işəgötürənlər, işçilər və Təhsi Nazirliyi arasında) yaxşılaşdırmaq.

Tədbirə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Latviya, Ukrayna və Almaniyadan olan iştirakçılar qatılıblar. Konfransda Gürcüstanın elm və təhsil nazirinin birinci müavini Ketevan Natriaşvili, Gürcüstan İşəgötürənlər Assosiasiyasının prezidenti Elqudja Meladze və vitse-prezidenti Mixail Kordzaxiya, Gürcüstan Həmkarlar İttifaqları Birliyinin sədri İrakli Petriaşvili, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Almaniyanın Gürcüstandakı səfirliyinin birinci katibi Daniel Xaas, Alman-Gürcü Tədris Cəmiyyətinin nümayəndəsi, layihənin regional və beynəlxalq tərəfdaşları iştirak ediblər.

 

V. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında