Özəl sektor və ali təhsil müəssisələri arasındakı əlaqələr tədqiq edilir

Dünya Bankı özəl sektor və ali təhsil müəssisələri arasındakı mövcud əlaqələri tədqiq edir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə ASK-ın prezidenti Məmməd Musayev Dünya Bankının təhsil və sahibkarlarla iş üzrə ekspertləri ilə görüşüb.

Görüş zamanı sahibkarlarla ali təhsil müəssisələri arasındakı mövcud əlaqələr və onların innovasiya bacarıqlarının artırılması imkanları, özəl sektorla təhsil müəssisələri arasında əlaqələrin günün tələblərinə uyğun qurulması istiqamətində dünya təcrübəsindən faydalanmaq və bu istiqamətdə gələcək addımlar müzakirə olunub.

Azərbaycan Sahibkarlar Konfederasiyası haqqında qonaqlara ətraflı məlumat verən Məmməd Musayev konfederasiyanın 30-dan çox ölkə ilə əməkdaşlıq etdiyini, beynəlxalq əlaqələri, həmçinin yerli təşkilatlarla, o cümlədən ali təhsil müəssisələri ilə sahibkarlar arasında əlaqələrin inkişafı istiqamətində iş apardığını bildirib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA, ölkənin 10-dan çox universiteti ilə ASK-ın əməkdaşlıq müqaviləsi imzaladığını deyən Məmməd Musayev özəl sektorla təhsil arasında əlaqənin gücləndirilməsi istiqamətində görülən işlərdən də söhbət açıb.

Məmməd Musayev qonaqları martın 15-də UNEC-də Novruz mühazirələri çərçivəsində “İqtisadiyyat, biznes və universitet arasında qarşılıqlı vəhdət: qlobal çağırışlar və yeni imkanlar” mövzusunda təşkil ediləcək elmi-praktiki konfransa dəvət edib. Bildirib ki, tədbirdə “Qlobal çağırışlar kontekstində tədqiqat universitetinə keçid: beynəlxalq təcrübənin Azərbaycan Dövlət İqtisad Universitetində tətbiqi”, “Biznes sektoru ilə universitet arasında əlaqələrin gücləndirilməsi üçün nə etməli?” mövzularında çıxışlar olacaq.

Dünya Bankının təhsil üzrə nümayəndəsi İqor Xeyfets bildirib ki, ölkəmizə səfərlərinin əsas məqsədi Azərbaycanda özəl sektor nümayəndələri ilə ali təhsil müəssisələri arasında əlaqələri araşdırmaq və ölkənin iqtisadi inkişafına töhfə verəcək bu sahənin gücləndirilməsi imkanlarını müzakirə etməkdir.

Ə. BAYRAMOV,

“Xalq qəzeti”     

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında