Belarusun təhsil nümayəndələri: “UNEC yeni iqtisadi təhsil modeli yaradıb”

modern.az  saytından verilən xəbərə görə, Azərbaycanda səfərdə olan Belarus Respublikasının Təhsil Nazirliyi və bu ölkənin aparıcı ali təhsil müəssisələrinin nümayəndə heyəti UNEC-də olub.

UNEC-in rektoru, professor Ədalət Muradov qonaqlara Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti haqqında ətraflı məlumat verib. Rektor, dünyanın aparıcı universitetləri ilə reallaşdırılan ikili diplom proqramları, inklüziv təhsil sahəsində əldə edilən nailiyyətlər, əcnəbi tələbələr üçün qəbulun elektronlaşdırılmasından söz açıb.

Görüşdə Belarus Dövlət İqtisad Universiteti, Suxov adına Qomel Dövlət Texiniki Universiteti, Belarus Dövlət İnformatika və Radioelektornika Universiteti, Yanka Kupala adına Qrodno Dövlət Universiteti, Polotsk Dövlət Universiteti, Qrodno Dövlət Aqrar Universiteti, Belarus Milli Texniki Universiteti və Belarus Dövlət Universitetinin nümayəndələri təmsil etdikləri ali təhsil müəssisələri barədə ətraflı məlumat veriblər. Azərbaycan Dövlət İqtisad Universitetində yeni iqtisadi təhsil modelinin yarandığını məmnuniyyətlə izlədiklərini bildiriblər. Onlar bu sahədə Belarus ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayaraq, UNEC təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə edilib.

 İ.Əmənullayev,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında