Coğrafiya müəllimləri ölkəmizi şagirdlərə yaxından tanıtmağa çalışırlar

Məlumdur ki, ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində məktəblər mühüm rol oynayır. Məhz təhsil ocaqlarımız şagirdlərin mükəmməl biliklərə yiyələnmələrinə şərait yaratmaqla bərabər, onlarda doğma Azərbaycanımızı yaxından tanımaq, Vətəni ürəkdən sevmək, torpağımızın hər qarışına sahib çıxmaq, yurdumuzu göz bəbəyi kimi qorumaq və digər müqəddəs hissləri aşılamağa çalışırlar.

Bu günlərdə Yasamal rayonunda yerləşən Həzi Aslanov adına 175 saylı tam orta məktəbdə “Coğrafiya ongünlüyü” tədbirləri çərçivəsində “Azərbaycanı tanıyaq və tanıdaq!” adlı tədbir keçirilib. Məktəbin coğrafiya müəllimləri Aygün Əliyeva və Alimə Babayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə 8 “e” və 6 “a” siniflərinin şagirdləri həvəslə iştirak ediblər.

Aygün Əliyeva dedi ki, bir saatdan çox davam etmiş tədbirdə şagirdlərə xalqımızın tarixi, maddi-mədəniyyət abidələrimiz, eləcə də dost qonşu ölkələr haqqında dolğun məlumatlar verilib. Şagirdlər xalq mahnılarımızı, milli, eləcə də qonşu xalqların rəqslərini həvəslə ifa ediblər. Tədbirdə vətənpərvərlik ruhunda çox sayda şeirlər səsləndirilib. Sonda coğrafiya üzrə təşkil olunan viktorinada fəqlənən şagirdlərə hədiyyələr təqdim olunub.

M.HACIXANLI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında