Lənkəran Dövlət Universiteti bölgənin ümumtəhsil məktəbləri ilə fəal əməkdaşlıq edir

.Azərbaycan müstəqillik qazandıqdan sonra dünyanın mütərəqqi təhsil prinsiplərindən yaradıcılıqla istifadə olunmaqla respublikamızın təhsil sistemi müasir dövrün tələblərinə uyğun qaydada təkmilləşdirilir, sistemli məzmun və struktur dəyişiklikləri aparılır, gənclərin həyati bacarıqlara malik şəxsiyyət kimi formalaşması üçün zəruri tədbirlər görülür.

Bu mənada Lənkəran Dövlət Universiteti ilə Asta­ra və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın ya­radılmasına dair pilot layihənin həyata keçirilməsi barədə həmin ali təhsil müəssisəsinin rəhbərliyinin təklifi xüsusi diqqətə layiqdir. Həmin təklifin əsasında Azərbaycan Respub­likasının Təhsil Nazirliyində “Ümumi və ali təhsil müəssisələrinin əməkdaşlığı üzrə pilot layihənin tətbiqi haq­qında” ötən il noyabrın 27-də əmr imzalanmışdır.

Adıçəkilən sənəddə ümumtəhsil məktəblərində keçirilən fənlərin tədrisi me­todikasının təkmilləşdirilməsi sahəsində müəllimlərə kömək məqsədilə öyrədici təlimlərin, təcrübi konfrans, seminar və “dəyirmi masa”ların təşkili, LDU-nun professor-müəllim heyətinin bu tədbirlərdə fəal iştirakı ilə bağlı tapşırıqlar verilmişdir.

Həmin əmrin icrası ilə əlaqədar tərtib edilmiş tədbirlər planına əsasən, ötən ilin de­kabrın 15-də Astara rayonunun Y.Ağayev adına Artupa kənd tam orta məktəbində LDU-nun rektor əvəzi, professor Natiq İbrahimov və professor-müəllim heyətinin üzvləri ilə rayon ümumtəhsil məktəblərinin pedaqoji işçiləri, həmçinin valideynlərin iştirakı ilə görüş keçirilmişdir.

Universitetin müəllimləri isə Astara və Yardımlı ra­yonlarının bir neçə tam orta məktəbində geniş tərkibdə müəllim və şagirdlərlə görüş keçirmişlər. Bu tədbirlərdə şagirdlərə orta məktəb proqramı üzrə keçdikləri mövzular üzrə suallar verilmiş, onların ümumi bilikləri yoxlanılmışdır. Görüş zamanı, həmçinin şagirdləri maraqlandıran suallar cavablan­dırılmış və onların içərisindən istedadlıları seçilmişdir. Həmin məktəblərdə qonşu məktəblərin müəllimlərinin iştirakı ilə olimpiada xarakterli tipik çalış­maların həlli ilə bağlı “Ustad” dərsləri keçirilmişdir.

2018-ci ildə də bu sahədə işlər davam etdirilmişdir. Belə ki, fevral ayında LDU-nun müəllimlərinin bir qrupu Astara rayonunun 1 saylı tam orta məktəbində və Yardımlı rayonunun M.F.Axundov adına 1 saylı tam orta məktəbində riyaziyyat, kimya və biolo­giya fənləri üzrə keçirilmiş açıq dərslərdə iştirak etmişdir. Fəal təlim üsulları ilə keçirilən dərslər sonradan universitetin müəllimlərinin və rayon təhsil şöbələrinin məsul işçilərinin iştirakı ilə “dəyirmi masa”larda da geniş müzakirə olunmuşdur.

Universitetin riyaziy­yat fənni üzrə müəllimləri, həmçinin Yardımlı rayonunun Çayüzü tam orta məktəbində ol­muş və burada IX, X və XI sinif şagirdlərinə və müəllimlərinə respublika fənn olimpiadasının tipik məsələ və misallarının həlli üsullarına aid metodik tövsiyələr vermişlər.

Qeyd edək ki, mart ayının 3-də layihənin icrası ilə əlaqədar Lənkəran Dövlət Universitetində fizika, riyaziy­yat, kimya və biologiya fənləri üzrə regionun orta məktəblərinin IX, X və XI sinifləri üzrə regi­onal olimpiada keçirilmişdir. Olimpiadaya Lənkəran, Ma­sallı, Lerik, Cəlilabad və digər rayonlardan IX, X və XI sinif şagirdləri, Lənkəran Humanitar Kolleci, Astara Pedaqoji Kolleci qatılmışdır. Olimpiadada Astara və Yardımlı rayonlarındakı orta məktəblərin şagirdləri də fəal iştirak etmişlər.

Gələn tədris ilində isə universitetin tələbələrinin bu rayonların məktəblərində peda­qoji təcrübə keçməsinə şərait yaradılması nəzərdə tutulur.

2017-2018-ci dərs ilinin yekunlarına görə, Astara və Yardımlı rayonlarının təhsil şöbələrinin təhsilyanı şura iclaslarında LDU-nun professor-müəllim heyətinin iştirakı ilə iki illik pilot layihənin birinci ilinin yekunları müzakirə ediləcəkdir.

R.AĞAYEV

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında