ADNSU-nun xarici ölkələr üçün neft üzrə kadr hazırlığı sahəsində böyük təcrübəsi var

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Kubanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.

Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı ADNSU-nun tarixi, əcnəbi tələbələri, tədris prosesi, eləcə də Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib. ADNSU-da indiyədək 200-dən çox kubalı mütəxəssisin yetişdiyini bildirən rektor, professor M.Babanlı bu ali məktəbdə yenidən kubalı tələbələrin cəlb olunmasının əhəmiyyətini qeyd edib.  M.Babanlı həmçinin ADNSU-nun tələbə mübadiləsi, Startap və transfer texnologiyaları, o cümlədən digər sahələrdə qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirib.

Universitetdə olmaqdan məmnun olduğunu deyən səfir Alfredo Nieves Portuondo ölkəsində neftin, qazın tədqiqi və işlənməsindən danışıb. ADNSU-nun bir çox kubalı məzunları olduğunu diqqətə çatdırıb. Səfir A.N.Portuondo həmin mütəxəssilərin Kubada xüsusilə seçildiyini və işlədikləri sahədə peşəkar kadr olduqlarını vurğulayıb. Səfir A.N.Portuondo Kubada da neft üzrə kadr hazırlayan ali təhsil müəssisələri olmasına baxmayaraq, ADNSU-nun bu sahədəki geniş təcrübəsindən və mütəxəssis hazırlığındakı yüksək səviyyəsindən faydalanmağın ölkəsi üçün əhəmiyyət daşıdığını vurğulayıb. O, ADNSU-da magistartura pilləsinə kubalı tələbələrin cəlb olunmasının xüsusi əhəmiyyətini qeyd edib.

Qonaqlar ADNSU-nun Tarix muzeyinə xüsusi maraqla baxıblar.

İ.Əmənullayev,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında