ADNSU tələbələrinin “Technoil” MMC-yə ekskursiyası maraqlı keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və Menecment Fakültəsinin tələbələrinin Azərbaycanda və eyni zamanda Qafqaz regionunda mühərrik və sürtkü yağları istehsal edən ilk sənaye müəssisəsi olan “Technoil” MMC-yə ekskursiyası təşkil olunub.

Ekskursiyaya başlamazdan öncə “Technoil” MMC-nin Marketinq direktoru Pərviz Əzimov şirkət haqqında təqdimatla çıxış edib. Şirkətin istehsal etdiyi məhsullar, əməkdaşlıq edilən qurumlar, həyata keçirilən layihələr, gələcəkdə görülməsi planlaşdırılan işlər və s. barədə məlumat verilib.

“Technoil” MMC-nin direktoru Murad Rəfiyev şirkətin əsas məqsədinin ölkə və dünya bazarında hər zaman müştərilərin tələblərinə cavab verə bilən yüksək keyfiyyətli məhsullar istehsal etmək olduğu barədə ətraflı danışıb.

Tələbələr “Technoil” MMC-də iş prosesini izləyib, laboratoriya və anbarla tanış olublar.

İqtisadiyyat və Menecment Fakültəsinin dekanı, dosent İlham Rüstəmov göstərilən diqqətə görə ADNSU rəhbərliyi adından “Technoil” MMC-nin nümayəndələrinə təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, “Technoil” MMC 2016-ci ildən “Technol” ticarət markası adı altında  Azərbaycan bazarında fəaliyyət göstərməkdədir. Bütün növ nəqliyyat vasitələri, minik və yük maşınları, motosikletlər, o cümlədən sərnişin və yükdaşıma gəmiləri üçün mühərrik yağları, ötürücü qutu yağları istehsalını həyata keçirən zavod eyni zamanda sənaye məqsədli yağlar, reduktor yağları, hidravlik yağlar, müxtəlif növ sürtkü yağları və antifrizlər də istehsal edir.

İ.Əmənullayev,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında