Qərbi qazaxıstanlı magistrlər ATU-da təcrübə keçəcək

Azərbaycan Tibb Universiteti dünyanın bir çox ölkələrinin aparıcı ali məktəbləri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində tələbə və rezidentlərin mübadiləsi aparılır, universitetlərin mütəxəssislərinin mühazirələri təşkil olunur. 

Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin 10 nəfər II kurs magistrantlarının mart ayında ATU-da elmi işlərin qurulması, aparılması ilə əlaqədar təcrübə mübadiləsi keçmələrinə dair razılıq əldə olunub. Həmin universitetin ictimai səhiyyə, tibbi profilaktika işi və tibb ixtisasları üzrə 2-ci kurs tələbələri “İnfeksion xəstəliklərin yayılmasının epidemioloji analizi”, “Tibbdə elmi-tədqiqat işlərinin aparılması:prinsiplər, metodologiya və praktika” mövzusunda təcrübə keçəcəklər. 

Magistrlərin ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov və beynəlxalq əlaqələr üzrə prorektor, dosent Nadir Zeynalovla görüşündə ATU-nun prorektoru magistrlərə Qazaxıstan və Azərbaycan arasında sıx münasibətlərin mövcudluğu haqqında məlumat verib. 

Beynəlxalq əlaqələr üzrə prorektor Nadir Zeynalov universitet daxilində fəaliyyət göstərən--Tədris Stomatoloji, Onkoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarının hər birinin zəngin maddi-texniki baza, müasir cihaz və avadanlıqla təchiz edildiyini bildirib. Özünü maliyyələşdirmə ilə fəaliyyət göstərən bu klinikalarda tələbə və rezidentlər həm nəzəri, həm də praktik bilgilərə yiyələnirlər.

Daha sonra görüşdə qazaxıstanlı magistrantların 11 günlük staj proqramı haqqında fikir mübadiləsi aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında