Dərslik və müəllimlər üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

2018-2019-cu tədris ilinə ölkənin ümumi təhsil məktəblərinin 11-ci sinifləri üçün nəzərdə tutulan və ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında tərtib edilmiş dərslik və müəllimlər üçün metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, bu məqsədlə həmin dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirə” bölməsində yerləşdirilib. Yaxın zamanda bütün layihələrin sayta yerləşdirilməsi nəzərdə tutulub.

Sayta daxil olaraq “İctimai müzakirə” bölməsində yerləşdirilmiş istənilən dərslik və metodik vəsaitin layihəsinin məzmunu ilə tanış olmaq, orada xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür.

İrad və təkliflər  [email protected] elektron poçtuna göndərilməklə də bildirilə bilər.

Təhsil Nazirliyi alimləri, təhsil işçilərini, valideynləri, ictimai birlikləri və digər bütün maraqlı tərəfləri dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair öz arzu, irad və təkliflərini bildirməklə ictimai rəyin öyrənilməsində fəal iştiraka dəvət etmişdir.

          Samirə Əliyeva,
“Xalq qəzeti”  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında