ADAU tələbələrinin baytarlıq xidməti ilə tanışlığı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX), Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə həyata keçirdikləri əməkdaşlıq çərçivəsində Aqrar Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin 14 nəfər tələbəsi martın 5-dən 11-dək  Bakı şəhərinə ezam olunmuşlar.

 Məqsəd tələbələrin “Baytarlıq şəhərciyində” yerləşən DBNX, Respublika Baytarlıq Laboratoriyası (RBL), Baytarlıq Elmi-Tədqiqat İnstitutu (BETİ) və Kənd Təsərrüfatı Muzeyi ilə tanış olmaq,  həmçinin Bakı şəhərində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyasında, özəl baytarlıq fəaliyyəti ilə məşğul olan qeyri-hökumət (Bakı şəhəri ətrafında yerləşən “İdeya” heyvanlara qayğı mərkəzi)  təşkilatında görüşlər keçirməkdir.

Universitet tələbələri martın 5-də DBNX-də olublar. Mütəxəssislər tərəfindən Dövlət Xidmətinin strukturu, xidmət tərəfindən görülən tədbirlər, qarşıda duran vəzifələr və məqsədlər barəsində onlara ətrafı məlumat verilib.

Tələbələr həmin gün “Baytarlıq şəhərciyində” yerləşən Kənd Təsərrüfatı Muzeyi ilə də tanış olublar. Tarixi eksponatlarla zəngin olan muzeyin ayrı-ayrı guşələri onlarda maraq oyadıb.

Tədbirlər planına əsasən sonrakı günlərdə ADAU tələbələrinin baytarlıq sahəsinə və qida təhlükəsizliyinə xidmət göstərən müasir avadanlıqlarla təchiz edilmiş RBL və ETBİ ilə tanış olmaları nəzərdə tutulub. Bu isə tələbələrin gələcək ixtisas seçiminin formalaşmasına şərait yaradacaq.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında