Torpaqşünaslıq və Aqrokimya İnstitutunda maraqlı tədbir

www.science.gov.az saytından aldığımız məlumata görə, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda AMEA-nın  Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə gənclərin elmi potensialının yüksəldilməsi məqsədi ilə “Açıq qapı” günü keçirilib.

Həmin tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri və Hədəf Tədris Mərkəzinin şagirdləri iştirak ediblər.

Onlar institutun kitabxanası, Torpaq muzeyi və laboratoriyaları ilə yaxından tanış olublar.

Burada ali məktəb tələbələrinin iştirakı ilə elmi seminar keçirilib. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev rəhbərlik etdiyi müəssisənin tarixi və fəaliyyət istiqamətləri barədə onlara ətraflı məlumat verib.

İnstitutun Torpaqların meliorasiyası laboratoriyasının rəhbəri, a.e.d. Mustafa Mustafayev “Torpaqların şorlaşma prosesi və onlarla mübarizə yolları” adlı məruzə ilə çıxış edib. Alim respublika torpaqlarında şorlaşma və şorakətləşmə proseslərinin yaranma səbəbləri, dərəcələrinə görə arealları barədə danışıb.  Onların yaxşılaşdırılması məqsədilə aqromeliorativ və aqrotexniki tədbirlər sistemlərinin tətbiqinin zəruriliyini vurğulayıb.

Sonda ölkə ərazisində şorlaşmış və şorakətləşmiş torpaqlar, onların növləri, yaxşılaşdırılması yollarına dair videoçarx nümayiş etdirilib.

Təqdim etdi:

İ.Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında