“ADA” Universitetində “Karyera həftəsi” yekunlaşıb

“ADA” Universitetində bu ali məktəbin Karyera Mərkəzinin təşəbbüsü ilə fevralın 27-dən keçirilən altıncı “Karyera həftəsi” başa çatıb.

bununla bağlı martın 2-də universitetdə “Karyera həftəsi”nin yekun tədbiri və “Karyera yarmarkası” keçirilib.

“Kapital Bank” və “Azersun Holding” şirkətlər qrupunun dəstəyi ilə həftə ərzində müxtəlif sahələrdə fəaliyyət göstərən yüzdən çox şirkətin nümayəndələri universitetdə tələbə və məzunlar üçün təqdimatlar keçirib, gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaradıb,  onlara karyerada uğurqazanma ilə bağlı məsələhətlər verib və işçi qüvvəsi axtarıblar.

“İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən “Karyera yarmarkası”nda iki mindən çox tələbə və məzun şirkətlərin insan resursları nümayəndələri ilə bilavasitə ünsiyyətdə olub, mövcud iş yerlərinə sənəd vermək imkanı qazanıblar. Həmçinin tələbələr Azərbaycanın iş bazarındakı ən aparıcı qurumlarının təmsilçiləri ilə təmasda olub, dövlət və özəl sektorda insan kapitalı ehtiyacı barədə aydın təsəvvür əldə ediblər. “Karyera yarmarkası”nda şirkətlər səkkiz yüzdən çox iş və stajkeçmə imkanları təqdim ediblər.

“ADA” Universitetinin Karyera Mərkəzi tələbələri birinci kursdan başlayaraq məşğulluq bazarı ilə tanış edir, ixtisasları üzrə müxtəlif dövlət və fərdi qurumlarda staj təcrübəsi qazanmağa yönləndirir. Əksər tələbələr staj təcrübəsi topladıqları qurumlarda iş təklifi alırlar. Bunun nəticəsi olaraq universitetin məzunları arasında məşğulluq göstəricisi 90 faizə çatır.

“Karyera həftəsi” çərçivəsində ilk dəfə “ADA” Universiteti onun ən çox sayda tələbə və məzunlarını işə qəbul edən 13 qurumu, o cümlədən Xarici İşlər Nazirliyi, SOCAR, Maliyyə Nazirliyi, Dövlət Neft Fondu, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və “Azərkosmos” ASC-ni mükafatlandırıb.

Mükafatları “ADA” Universitetinin rektoru Hafiz Paşayev təqdim edib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında