Elmi Şuranın iclası

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şurasının cari ildə ilk iclası keçirilib.

Tədbirdə şuranın sədr müavini, akademik İradə Hüseynova çıxış edərək "Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında" Nazirlər Kabinetinin 20 fevral 2018-ci il tarixli Qərarını iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, şura elmi tədqiqat işlərinin əlaqələndirilməsinə, onların yerinə yetirilməsinin yekun nəticələrinə nəzarət edəcək, müxtəlif simpozium, konfrans, seminar və sessiyalar keçirəcək.

Daha sonra AMEA-da 2017/2018-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı proqramı üzrə dissertantura, elmlər doktoru hazırlığı üzrə qiyabi doktorantura və dissentaturaya qəbulla bağlı dissertasiya mövzuları və akademiyadan kənar təşkilatlardan daxil olan mövzular müzakirə olunub.

www.science.gov.az saytında bildirilir ki, şuranın müzakirəsinə 16 elmlər, 22 fəlsəfə doktorluğu hazırlığı üzrə 48 mövzu təqdim olunub. Ümumilikdə 16 elmlər, 18 fəlsəfə doktoru işi müəyyən dəyişikliklər olunmaqla təsdiq edilib, 4 iş isə yenidən baxılıb müzakirə olunmaq üçün uyğun təşkilatlara qaytarılıb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında