ATMU və Baku Business Factory arasında əməkdaşlıq genişlənir

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) biznes idarəçiliyi fakültəsi, ATMU-nun marketinq kafedrasının əməkdaşları və tələbələri “Baku Business Factory”-də (BBF)  layihə yarışmasında iştirak ediblər. Layihələrin son dəyərləndirmə mərhələsində ATMU əməkdaşlarını qəbul edən “Baku Business Factory”-nin (BBF) İdarə Heyətinin sədri Anar Əskərov ölkə prezidentinin qeyri-neft sektoruna göstərdiyi diqqətdən danışaraq bu tip layihə yarışlarının iqtisadi sektora müsbət təsir edəcəyini qeyd edib.

ATMU-nun marketinq kafedrasının müdiri Anar Eminov ilk növbədə müasir turizm təhsilinin planlaşdırılmasında universitet--sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayaraq layihə yazılışının təşkili, eləcə də tələbələrin bu sahədə təcrübə qazanmasının əmək bazarında özlərini, ideyalarını lazımi şəkildə təqdimetmə qabiliyyətlərinin artırdığını bildirib. ATMU-nun biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev isə universitet--sənaye əməkdaşlığının hər iki tərəf -- həm təhsil, həm də sənaye üçün üstünlüklərindən, xüsusilə, turizm sektoru üçün bu formatda əməkdaşlığın daha da effektiv olmasından bəhs edib.

İki gün davam edən layihə dəyərləndirməsi nəticəsində ATMU-nun IV kurs tələbələri Cəmilə Quliyeva, Ülvi Ramazanov, Ceyhun Məmmədov, Əli Nəcəfovun hazırladıqları “BOUTA” 4 ulduzlu butik otelin layihələndirilməsi və əsaslandırılması proyekti birinci yerə layiq görülüb.

Sonda BBF-in layihə meneceri Rəşad Məmmədov tərəfindən Azərbaycan Turizm və Mencement Universitetinin layihə üzrə koordinatoru, marketinq kafedrasının müəllimi Uğur Babayevə təşəkkürnamə, tələbələrə birincilik diplomları təqdim edilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında