“Estetik üz analizləri” mövzusunda seminar

Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasında həftənin şənbə günləri tələbələr və rezidentlər üçün elmi seminarlar təşkil olunur. Kafedranın müdiri, professor Nazim Pənahov bu tip seminarların tələbə və rezidentlər üçün xüsusi əhəmiyyət daşıdığını bildirir.

“Diş həkimliyində estetika müasir dövrdə funksiyaya bərabər, hətta funksiyanı bir qədər üstələmiş sahələrdən sayılır. Günümüzün əsas tələbatlarındandır və diş problemi ilə əlaqədar müraciət edən xəstələrin ən çox arzuladıqları da estetikanın bərpasıdır. Estetikanın bərpasına aid bizdə müəyyən dərslər tədris edilsə də, belə seminarlar vasitəsilə tələbələr daha əhatəli bilgi almaq imkanı qazanır”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “Estetik üz analizləri” mövzusu haqqında İstanbul Çapa Tibb Universitetinin məzunu Hənifə Musayeva çıxış edib. O, estetik yönümlü tələblərin artdığını, ilk çağlardan günümüzə qədər bütün zamanlarda estetika anlayışının insan övladının diqqətini çəkdiyini söylədi: “Fərdin xarici görünüşünə əhəmiyyət verməsi cəmiyyətə təqdim etdiyi imic baxımından lazımdır. Üz nahiyəsinin böyüklüyü və hərəkətliliyi ilə diqqət çəkən hissə olan ağız və dişlər estetik baxımdan xüsusi əhəmiyyət daşıyır”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında