UNEC tələbələrinin ifasında tamaşa: “Xocalısız 26 il”

UNEC-də Xocalı soyqırımı qurbanları anılıb. Anım mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, polkovnik Abdulla Qurbani, UNEC-in rektoru, professor Ədalət Muradov, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

Öncə iştirakçılar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan xaritə ağacını ziyarət edib, UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı faciəsindən bəhs edən qısa film nümayiş etdirilib.

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzi üzvlərinin ifasında “Xocalısız 26 il” tamaşası nümayiş olunub.

Elnarə ÖMƏROVA

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında