BANM-ın tələbələri yaz semestri zamanı Yunanıstanda təhsil alacaqlar

Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup tələbəsi 2017/2018-ci tədris ilinin yaz semestrində  təhsillərini Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS)  davam etdirəcəklər. BANM-in mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki,  Erasmus+ proqramı çərçivəsində həyata keçirilən bu layihə vasitəsilə adı çəkilən ali məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 5 tələbəsinin Yunanıstana göndərilməsi qərara alınıb.

Ali məktəbin rektoru Elmar Qasımov  tələbələri yola salmazdan əvvəl onlarla görüş keçirib. Görüşdə, həmçinin tələbələrin valideynləri və yaxınları da iştirak ediblər.

Rektor qeyd edib ki, bu hadisə tələbələrin həyatında önəmli yer tutacaq, onların dünya görüşlərinin daha da təkmilləşməsinə və biliklərinin artmasına öz müsbət təsirini göstərəcək. 

Görüşdə valideynlər tələbələr üçün göstərdiyi diqqət və qayğıya, eyni zamanda,  onların potensial kadr kimi yetişməsi üçün atdığı bütün addımlara görə rektora öz minnətdarlıqlarını bildiriblər.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında