“Hər millətin ən qiymətli sərvətidir ana dili!”

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Hər millətin ən qiymətli sərvətidir ana dili!” adlı tədbir keçirilmişdir. Tədbir çərçivəsində tanınmış dilçi alim, Əməkdar elm xadimi, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərovla tələbələrin görüşü olmuşdur.

Əvvəlcə iştirakçılar kitabxananın foyesində Azərbaycan dilinin tədqiqinə aid kitablarla, eləcə də akademikin monoqrafiya və elmi əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar. Tədbirin əsas məqsədi, ana dilimizi qorumaq,yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, yeniyetmə və gənclərə çatdırmaq, onlara dilimizi sevdirməkdir. Tədbirdə, digэr qonaqlardan , uşaq ədəbiyyatı tədqiqatçısı,  filologiya üzrə fəlsəfə doktoru Fizuli Əsgərli, ADPU, BDU- nun filologiya və kitabxanaçılıq informasiya fakültəsinin tələbələri, ədəbiyyat üzrə mütəxəssislər, pedaqoqlar və.s qonaqlar da iştirak etmişlər. Tədbiri giriş sözü ilə  F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Ş. Qəmbərova açaraq, qonaqları salamladı. O, öz çıxışında Azərbaycan dilinin dünya dilləri içərisində ahəngdarlıği, zənginliyi, tariximizi bu gün də yaşatmağa kömək edən bir dil olduğunu vurğulamışdır.

 Sonra söz, akademik, dilçi alim Nizami Cəfərova verilmişdir. Natiq öz nitqində ana dili ilə bağlı ətraflı çıxış edərək, tarixin müəyyən dövrlərində dilimizin düşmən qüvvələrinin təzyiqinə məruz qalmasından, lakin, xalqımızın milli birliyi, milli qüruru sayəsində dilimizi qorumağa müvəffəq olduğunu, bu işdə tarixən görkəmli sərkərdələrin, dövlət xadimlərinin xidmətlərinin az olmadığını, müasir dövrdə isə Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulduğunu bu gün isə ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi ilə vurğulamışdır. Daha sonra fəal oxucuların ifasında Azərbaycan dili haqqında şeirlər, Əməkdar artist Firuz Səxavətin ifasında muğam parçaları səsləndirilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında