III “Made in Azerbaijan” biznes ideya müsabiqəsi

Tələbələr arasında III “Made in Azerbaijan” biznes ideya müsabiqəsi elan edilib. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə başlanan müsabiqə Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamına əsasən təşkil edilir. Məqsəd  tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir.

Müsabiqədə Azərbaycanın bütün ali məktəblərinin tələbələri işirak edə bilər. Müsabiqədə ilk üç yeri tutan tələbələr qiymətli hədiyyələrlə yanaşı, bir həftə Türkiyənin aparıcı universitetlərində fəaliyyət göstərən uğurlu startapların təcrübəsinin öyrənilməsi imkanını əldə edəcəklər.

Biznes ideya fərdi olaraq hazırlanmalı, sərəncama və müsabiqənin missiyasına uyğunlaşdırılmalıdır. Eyni zamanda mövzuya modern, orijinal, kreativ və aktual yanaşma olmalıdır. Layihənin daxili bazarda tətbiqinin reallıq imkanları da nəzərə alınmalıdır.

Biznes ideyaların qəbulu martın 31-dək davam edəcək. Təqdim edilən biznes ideyaları aprelin 1-dən 20-dək ekspert şurası dəyərləndirəcək. Müsabiqənin final mərhələsi aprel-may aylarında keçiriləcək.

 

Əfsanə Ələsgərli,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında