Dövlət İmtahan Mərkəzi abituriyentlərə əlavə seçim imkanı yaradıb

 Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na etdiyi dəyişiklikləri şərh edib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, qəbul qaydalarında edilmiş əsas dəyişiklik ondan ibarətdir ki, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək və abituriyent hər sessiyada I--IV ixtisas qruplarından biri üzrə imtahanda iştirak edə biləcəklər. Yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib. Belə ki, abituriyentə icazə veriləcək ki, məsələn yaz imtahan sessiyasında II ixtisas qrupu, yay imtahan sessiyasında isə III ixtisas qrupu üzrə imtahanda iştirak etsin.

Abituriyent əvvəllər olduğu kim,i eyni ixtisas qrupu üzrə də hər iki qəbul imtahanında iştirak edə bilər. Abituriyent seçim etməkdə sərbəst olacaq. Qüvvədə olan qayda isə belə idi ki, abituriyent bir tədris ili ərzində I--V ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilərdi. Mərkəzdən əlavə oçunub ki, I--IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər qaydası da qüvvədə qalır.

 

hazırladı:T.AYDINOĞLU

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında