ADNSU-nun rektoru universitetin “Azneft” ŞHK komandasının üzvləri ilə görüşüb

Fevralın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın Soçi şəhərində keçirilən “KiViN-2018” beynəlxalq yarışmasında uğurla çıxış edən universitetin “Azneft” Şən və Hazırcavablar Klubu (ŞHK) komandasının üzvləri ilə görüşüb. Görüşdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev iştirak ediblər.

“Azneft” komandasının üzvlərini uğurlu çıxış üçün təbrik edən rektor, Mustafa Babanlı onların gələcək yarışlarda daha yüksək nəticələr qazanacaqlarına inandığını bildirib. Tələbələrin asudə vaxtlarından səmərəli istifadə etməsi üçün universitetdə hər cür şəraitin olduğunu deyən rektor M.Babanlı istedadlı gənclərə hər zaman dəstək verildiyini qeyd edib.

“Azneft” komandasının bədii rəhbəri Böyükağa Əliyev göstərilən qayğıya görə rektor,  Mustafa Babanlı başda olmaqla universitet rəhbərliyinə öz minnətdarlığını bildirib. “Azneft”-in son iki ildə qazandığı uğurlardan danışan B.Əliyev komandanın iştirak etdiyi 5 oyuna 7 kubok qazandığını diqqətə çatdırıb.

Sonda ADNSU-nun “Azneft” komandasının Soçi şəhərində keçirilən “KiViN-2018” beynəlxalq yarışmasında iştirakına aid videoçarx nümayiş olunub.

 

İ.ƏMƏNULLAYEV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında