BSU-da elmi konfrans

Bakı Slavyan Universitetində Gənclər Gününə həsr olunan elmi konfrans keçirilmişdir.

BSU-nun rektoru, professor Nurlana Əliyeva tədbiri açaraq,  Gənclər Gününün yaranması tarixi barədə qısa məlumat vermişdir. Qeyd etmişdir ki, ümummilli  lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi sahəsində müəyyən etdiyi prinsiplər onun layiqli davamçısı Prezident  İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində həyati reallığa çevrilmişdir.

Bu gün Azərbaycan dövləti gənclərə böyük diqqət və qayğı göstərir. Gənclər Gününün bayram edilməsini də bu diqqət və qayğının təzahürü kimi dəyərləndirmişdir. Professor N.Əliyeva ölkə gəncliyinin öz fəaliyyəti ilə bu etimadı hər an doğrultduğunu və Prezident İlham Əliyevi daim dəstəklədiyini, onun rəhbərliyi altında dövlətçiliyimizin keşiyində ləyaqətlə dayandığını vurğulamışdır. Son illərdə Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, respublikamızın regionun lider dövlətinə çevrilməsindən də söz açmışdır. O, hər bir gəncin bu gün Azərbaycan dövlətinin vətəndaşı olması ilə qürur duyduğunu bildirmişdir. N.Əliyeva müstəqilliyin böyük nemət olduğunu və hər bir gənci suverenliyimizin qorunması sahəsində üzərinə düşən vəzifəni yerinə yetirməyə çağırmışdır.

Daha sonra beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov “XXI əsrin çağırışları və Azərbaycan gəncliyi”,  magis-tratura şöbəsinin II kurs tələbəsi Natiq Nəsirov  “Azərbaycan dövlətinin gənclər siyasəti” mövzularında çıxış etmişlər.

Belarusda keçirilən “53-cü Beynəlxalq ulduz yürüşü”ndə iştirak etmiş Bakı Slavyan Universitetinin  beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələrinin hesabatı dinlənilmişdir.

Tədbirin sonunda  universitet tələbə həmkarlar ittifaqı təşkilatının sədri Könül Abbaszadə Bakı Slavyan Universiteti tələbələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətini səsləndirmişdir. Müraciətdə deyilir:  “Biz, Bakı Slavyan Universitetinin tələbələri əminliklə vurğulayırıq ki, hər birimiz Vətən yolunda canımızı fəda etməyə hazırıq! Biz bir nəfər kimi Sizin yüksək amal və məqsədlərlə apardığınız siyasətə bütün varlığımızla dəstək veririk. Bakı Slavyan Universitetinin tələbələri adından gənclərə göstərdiyiniz böyük diqqətə və qayğıya görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü  bildiririk! 

Sizə Azərbaycanın ərazi bütövlüyü və Vətənimizin dünyada qüdrətli bir dövlətə çevrilməsi uğrunda apardığınız çətin, şərəfli mübarizədə sonsuz uğurlar diləyirik”!

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında