Bilik Fondu Bakı Dövlət Universiteti ilə anlaşma memorandumu imzaladı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə  Bakı Dövlət Universiteti  arasında anlaşma memorandumu imzalanıb. Sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Bilik Fondunun icraçı direktoru Oktay Səmədov imzalayıblar. Memorandumda birgə konfransların, simpoziumların, elmi-texniki layihələrin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin, kitabların nəşri, yaradıcı gənclər arasında müsabiqələrin və BDU-nun professor-müəllim heyətinin ölkənin müxtəlif regionlarında mühazirələrinin təşkil edilməsi nəzərdə tutulur.

Rektor Abel Məhərrəmov universitetdə yerinə yetirilən elmi tədqiqat işləri, müxtəlif elm sahələri üzrə yüksək ixtisaslı kadr hazırlığı barədə ətraflı məlumat  verib. Akademik Bilik Fondunun ölkədə aparılan sosial-iqtisadi və elmi-texniki quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən bir qurum olduğunu vurğulayıb və universitetin bu təşkilatla əməkdaşlığından məmnunluğunu ifadə edib.

Sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi təşkilatın missiyasından, görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamı əsas götürərək, Azərbaycanın bütün rayonlarında flaqman ali təhsil ocağının yetirmələri ilə görüşlərin keçirilməsi  nəzərdə tutulub.

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş 100 tədbirin 2018-ci ilin fevral ayından başlayaraq 2019-cu ilin iyun ayınadək keçirilməsi, tədbirlərdə BDU-nun alim və mütəxəssislərinin iştirakı, sonda 100 görüşü əks etdirən kitabın nəşri və bütün bunların “Azərbaycan Xalq Cümhuriyyəti ili”nə böyük töhfə olacağı bildirilib.  Sonda Bilik Fondunun icraçı direktoru Oktay Səmədova “Universitetin dostu” mükafatı təqdim edilib.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında