ATMU-da semestr imtahanlarına sənaye nümayəndələri cəlb edilir

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2017--2018-ci tədris ilinin qış imtahan sessiyasına 28 dekabr 2017-ci il tarixində start verilib. Bu sessiya ərzində fakültələr üzrə 543 imtahanda 1700 tələbənin iştirakı nəzərdə tutulur.

Hər il olduğu ki, bu sessiya dövründə də tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin təmin edilməsi prioritet seçilib. Semestr müddətində olduğu kimi qış imtahan sessiyası dövründə də kitabxana tələbələrin tam istifadəsindədir. Tələbələrə imtahan öncəsi dərs deyən müəllimlər tərəfindən məsləhət saatları müəyyən olunmuş və əvvəlcədən təyin olunmuş vaxtlarda tələbələrə suallarla bağlı ətraflı izahlar verilir.

Bundan başqa, imtahan nəticələrinin qiymətləndirilməsində tələbələrin narazılığına səbəb olan hallar yarandıqda universitetdə fəaliyyət göstərən appellyasiya komissiyasına ərizə ilə müraciət edən tələbələrin müvafiq fənn üzrə işlərinin təkrar yoxlanması təmin edilir.

Bu ilki yeniliklərdən biri də tədris ilinin əvvəlində ixtisas fənləri üzrə müvafiq sillabusların sənaye ilə əməkdaşlıq çərçivəsində tərtib edilməsi və tədris edilən mövzularda sənaye nümayəndələrinin təkliflərinin nəzərə alınmasıdır. Tədris proqramında sənayenin tələblərinin təmin olunması, eləcə də təhsil alanların biliklərinin qiymətləndirilməsinə sənaye nümayəndələrinin cəlbi istehsalat təcrübəsinə gedəcək və sonuncu kursda təhsil alan tələbələrə şamil edilir.

ATMU-nun yeni strategiyasına görə növbəti illərdə bu təhsil müəssisəsini seçən tələbələrin sənayenin ehtiyacına uyğun keyfiyyətli təhsil almalarına müvafiq şirkətlər, müəssisələr nəzarət edəcək.

Universitet rəhbərliyi tərəfindən bildirilir ki, mövcud fəaliyyət “Strateji yol xəritəsi”-nə uyğun olaraq həyata keçirilir.

 Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında