Almaniya universiteti ilə əməkdaşlıq genişlənir

Bakı Dövlət Universitetinin   Almaniyanın Vürçburq Universiteti ilə imzaladığı memoranduma əsasən  Avropa Hüququ Magistr Proqramının növbəti məzunlarına ikili diplom verilməsinə həsr olunan tədbir keçirilib.  Bu barədə BDU-dan   məlumat  verilib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əlaqələrinin inkişafından geniş söhbət açıb.  Rektor Avropanın ən qədim ali təhsil ocaqlarından olan Vürçburq Universiteti ilə uğurlu əməkdaşlıqdan danışıb.   Bildirilib ki, 2011-ci ildən Avropa hüququ ixtisası üzrə ikili diplom magistratura proqramı həyata keçirilir.  2017-ci ildə 13 nəfər tələbə bu proqram üzrə məzun olub.  Unversitetin digər fakültələri ilə də əməkaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Almaniyanın Vürçburq Universitetinin prorektoru, professor Exard Paxeni  bu proqramın həyata keçirilməsində göstərilən dəstəyə görə BDU-nun rəhbərliyinə təşəkkürünü bildirib. Professor E.Paxe  bu  proqramın əhəmiyyətindən danışıb. Sonra proqramın növbəti məzunlarına diplomlar təqdim edilib.

Qeyd edək ki, Almaniya tərəfi proqramdan yararlanan tələbələr üçün intensiv alman dili kursları və  ölkələrində təcrübə təşkil edir. Layihənin reallaşdırılmasına maliyyə dəstəyini  Alman Akademik Mübadilə Xidməti (DAAD) həyata keçirir.

 Ü.VAHİDQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında