“Liderlik təlimatı” adlı vəsait hazırlanıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə əməkdaşlığı  ilə “Liderlik təlimatı” adlı vəsait hazırlanıb. Vəsait  daxili siyasətdə təmsil olunan qadınlara həsr olunub.  Vəsaitin  əsas  məqsədi   bələdiyyələrdə, yerli icra hakimiyyəti orqanlarında, özəl şirkətlərdə çalışan qadınların şəxsi keyfiyyətlərini inkişaf etdirməkdir.

“Liderlik təlimatı” vəsaiti ali təhsil ocaqlarında təhsil alan tələbələrə və elmi araşdırma sahələrində fəaliyyət göstərən alimlərə  kömək  ola bilər.

Vəsaitdə liderlik, liderliyin tərzləri, liderlik xüsusiyyətləri, qadın hüquqları, yerli səviyyədə qadın iştirakçılığı, təşviqat və ictimai məlumatlandırma, hüquqi mexanizmlər, praktik məşğələ-liderlik dəyərləri və digər məsələlər əks olunub. Vəsait qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi məqsədilə hazırlanıb. “Liderlik təlimatı” vəsaitinin müəllifləri isə ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin eksperti (Cənubi Qafqazda Yaxşı Yerli Özünü İdarəetmə Proqramı) Fidan Qasımova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri  Elgün Səfərovdur. Təlimatın hazırlanmasında Almaniya Federativ Respublikasının, Fransanın, Böyük Britaniyanın və digər dövlətlərin təcrübələrindən istifadə edilib.

Ü.VAHİDQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında