BANM 2017-ci ilin ən yaxşı ali təhsil müəssisəsi seçilib

Sosial şəbəkələr tərəfindən ölkəmizdə fəaliyyət göstərən universitetlərlə bağlı aparılan araşdırmaya, tələbələr arasında keçirilən sorğulara əsasən, Bakı Ali Neft Məktəbi (BANM) 2017-ci ilin ən yaxşı ali təhsil müəssisəsi seçilib.

BANM-in mətbuat xidmətindən bildirildiyinə görə,    araşdırma zamanı bu ali məktəbin maddi texniki baza və sosial infrastruktur nöqteyi-nəzərindən bütün universitetlərdən öndə olduğu müəyyən edilib. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinə görə, ən yüksək keçid balı (679 bal) məhz BANM-də qeydə alınıb.

Ali məktəbdə proseslərin avtomatlaşdırılması mühəndisliyi, neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə ilk turdan 100 faiz qəbul həyata keçirilib. BANM-in ölkəmizin ən yüksək keçid balına malik proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında qəbul imtahanının nəticələrinə görə, minimum bal 685 olub. DİM-in açıqlamasına əsasən, bu ixtisas ölkədə “İlin ixtisası” adını qazanıb.

Builki nəticələrə görə, birinci qrup üzrə imtahan verən abituriyentlərdən 7-si 700 bal toplayıb və onların hamısı BANM-i seçib. Birinci qrup üzrə Prezident təqaüdçülərinin sayına görə rekord göstərici məhz bu ali məktəbdə qeydə alınıb. Belə ki, bu il BANM-ə qəbul olunanların 24-ü Prezident təqaüdçüsüdür. Cari il BANM-in ilk məzunlarının 94 faizi artıq işlə təmin edilib. Qalan 6 faiz isə ABŞ-ın və Avropa ölkələrinın, eləcə Azərbaycanın aparıcı universitetlərində magistratura və doktorantura pillələrində təhsillərini davam etdirir.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında