Samux məktəbliləri Cocuq Mərcanlıda

Samuxdakı  3 nömrəli tam orta məktəb şagirdlərinin  təşəbbüsü, rayon təhsil şöbəsinin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə bir qrup məktəbli bərpa edilmiş Cocuq Mərcanlı kəndinə səfər edib.

Cocuq Mərcanlı kəndinə təşkil edilmiş səfərdən əsas  məqsəd şagirdlərdə vətənpərvərlik hissinin yüksəldilməsi, tarixi qələbədən sonra yaradılmış şəraitlə yerində tanışlıq olub.

Səfərdə məktəblilərlə yanaşı RİH və rayon təhsil şöbəsinin işçiləri, müəllimlər də  iştirak ediblər.

Əvvəlcə Cəbrayıl rayonunda yerləşən Aprel döyüşü şəhidlərinin abidəsi önünə gül dəstələri qoyulub.

Cocuq Mərcanlı kəndinə səfər edən məktəbliləri Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri qarşılayıblar. Məktəblilər kənddə yeni inşa edilmiş müasir tipli məktəbə getmiş, orada şagirdlər üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Onlara Cocuq Mərcanlı kənd tam orta məktəbin Qrant müsabiqəsində qalib olmuş “Öyrənək, öyrədək” adlı layihəsi haqqında məlumat verilib.

Samux məktəbliləri Cocuq Mərcanlı kənd tam orta məktəbin şagirdlərinə yeni il sovqatı və bir sıra kitablar hədiyyə ediblər.

Daha sonra kənddə inşa edilmiş yaşayış evləri, məscid, uşaq bağçası və digər yenidən qurulmuş yerlərlə tanışlıq olub, xatirə şəkilləri çəkdirilib.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında