“Müdafiə və təhlükəsizlik” mövzusunda elmi-praktik konfrans

Noyabrın 28-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun  birgə təşkilatçılığı ilə “Müdafiə və təhlükəsizlik” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Silahlı Qüvvələrin Hərbi Akademiyasında iki qurum arasında bağlanmış əməkdaşlığa dair sazişə əsasən, keçirilən konfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət himni səsləndirildikdən sonra Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev konfransın gündəliyi haqqında iştirakçılara məlumat verib. General-leytenant H.Piriyev ordumuzun müasir tələblərə cavab verən silah və texnika ilə davamlı olaraq təmin olunduğunu qeyd edərək müdafiə və təhlükəsizlik prinsiplərinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdırıb, ümummilli lider Heydər Əliyevin ordunun hərbi potensialının artırılması sahəsində atdığı addımlardan, Silahlı Qüvvələrdə həyata keçirilən quruculuq işləri, struktur dəyişikliklərindən, hərbi hazırlığa elmi yanaşmanın vacibliyindən danışıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycan xalqının zəngin hərbi-tarixi ənənələrinə sadiqliyindən söz açaraq, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələrinin bu gün NATO standartlarına cavab verən səviyyədə olduğuna diqqət çəkib. O, həmçinin Bilik Fondunun Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb və bu işdə Hərbi Akademiyanın kadr potensialından geniş istifadə olunduğunu qeyd edib.

Çıxış edənlər – Hərbi Təhsil İdarəsi hərb elmi şöbəsinin rəisi, professor Əziz Talıbov və Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin dosenti Şahrza Ağayev konfransın əhəmiyyətindən bəhs edərək, ölkəmizin inkişafında sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğunun da vacibliyini vurğulayıblar. Bildirilib ki, son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və Milli Ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur.

Plenar iclasın sonunda Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev hər iki qurumun 2018-ci il üçün Birgə Fəaliyyət Planını imzalayıblar. 

Konfrans “Hərb məharəti və maddi-texniki təminat”, “Texniki elmlər”, “Hərbi pedaqogika”, “Hərbi humanitar elmlər”, “Milli təhlükəsizlik”, “Müharibə və hərbi hüquq”, “Hərbi təbabət” bölmələri üzrə Akademiya, hərbi təhsil müəssisələri, AMEA institutları, Bilik Fondu, digər idarə və təşkilat əməkdaşlarının, alim və tədqiqatçıların elmi məruzələri ilə davam edib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında