Türkiyədə təhsil almış azərbaycanlı tələbələrin görüşü olub

Türkiyədə təhsil almış azərbaycanlı tələbələrin noyabrın 18-də Bakıda görüşü keçirilib.

“Böyük tələbə layihəsi”nin 25 illiyi çərçivəsində keçirilən görüş hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Tədbirdə məzunlarla bərabər Azərbaycanın xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirak ediblər.

Azərbaycan ilə Türkiyənin dostluq və qardaşlıq əlaqələrindən danışan Hafiz Paşayev bu münasibətlərin coğrafiyasının çox geniş olduğunu vurğuladı. Bildirdi ki, təhsil sahəsi bu əlaqələrdə əsas yerlərdən birini tutur. Belə ki, Türkiyədə təhsil alıb qayıdan tələbələr ölkəmizdə müxtəlif sahələrdə çalışırlar. Bu tələbələr arasında öz peşə sahəsində böyük uğurlar qazanan çox sayda insanlar var.

Bildirildi ki, ümummilli liderimiz Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın qabaqcıl ölkələrində, o cümlədən qardaş Türkiyədə ali təhsil almalarına xüsusi önəm verirdi. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Məhz Azərbaycan Prezidentinin bu diqqət və qayğısının nəticəsidir ki, gənclərimizin xarici ölkələrdə təhsil almaları ilə bağlı mühüm dövlət proqramları qəbul edilir və uğurla reallaşdırılır.

Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda təhsil sistemində qazanılan nailiyyətlərdən danışdı. O dedi ki, bu gün Azərbaycanda təhsil Avropa standartlarına cavab verir. Nazir müavini türkiyəli şagirdləri ölkəmizin ali məktəblərində təhsil almağa dəvət etdi.

Görüşdə çıxış edən digər natiqlər də Azərbaycan-Türkiyə əlaqələrinin əhəmiyyətindən danışdılar.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında