Bakıda “Müasir Şərqin sosial-iqtisadi inkişafı və Azərbaycan modeli” mövzusunda elmi-nəzəri konfrans işə başlamışdır

Martın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Müasir Şərqin sosial-iqtisadi inkişafı və Azərbaycan modeli” mövzusunda ümumrespublika elmi-nəzəri konfransı işə başlamışdır.

{nl}

AMEA-nın Rəyasət Heyətində təşkil edilən konfransı Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva açaraq, şərqşünaslıq elminin çoxprofilli bir elm olduğunu bildirmişdir.

{nl}

G.Baxşəliyeva demişdir ki, tədbirin məqsədi müasir Şərq ölkələrinin inkişafına bir daha nəzər salmaq, onların keçdiyi inkişaf yolunu yenidən izləmək, oxşar və fərqli cəhətləri araşdırmaqdan ibarətdir. Hazırda Şərq ölkələrində mürəkkəb proseslər gedir və onları tam öyrənib qiymətləndirmək lazımdır.

{nl}

Şərqin ayrılmaz tərkib hissəsi olan Azərbaycanı qədim zamanlardan bu regionla müştərək amillər bağlamışdır. Azərbaycan xalqı Şərqə məxsus müştərək mədəniyyətin yaradıcılarındandır. Yüzlərlə alimimiz Şərq mədəniyyətinin, elminin inkişafına, tərəqqisinə dəyərli töhfələr vermişdir. 

{nl}

Müstəqil Azərbaycanın son illər qazandığı inkişafdan, tərəqqidən, ölkəmizdə uğurla həyata keçirilən mühüm beynəlxalq layihələrdən danışan natiq demişdir ki, dövlətimizın apardığı məqsədyönlü siyasət nəticəsində qısa zaman kəsiyində müsbət nailiyyətlər əldə edilmişdir. Bu uğurların qazanılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Hazırda ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də bu işləri uğurla həyata keçirir.

{nl}

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafı istiqamətində həyata keçirilən tədbirləri də yüksək qiymətləndirən alim vurğulamışdır ki, bu işlərdə Heydər Əliyev Fondunun  prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri ölçüyəgəlməzdir.

{nl}

Bildirilmişdir ki, bu gün Azərbaycanın iqtisadi inkişaf modeli bir çox Şərq  ölkələri üçün nümunə ola bilər.

{nl}

Tədbirdə fəlsəfə elmləri namizədi Esmeralda Həsənova “Müasir Türkiyədə ictimai-siyasi vəziyyət, millətçilik və islam”, iqtisadiyyat elmləri namizədi Əkrəm Rəhimli “Azərbaycan-İran iqtisadi əlaqələri və onun inkişaf perspektivləri”, tarix elmləri namizədi Fərda Əsədov “Azərbaycanla qonşu Yaxın Şərq ölkələrində siyasi islam və islam transformasiyası” mövzularında məruzə ilə çıxış etmişlər.

{nl}

Konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

{nl}

İki gün davam edəcək konfransda ümumilikdə 54 məruzə dinləniləcəkdir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında