ATMU-da “Əməkdaşlıq haqqında çərçivə razılaşması” imzalanıb

Azərbaycan Turizm və Menecment Universitetinin dəstəyi ilə “Boston Modeli” layihəsi formatında universitet və sənaye əməkdaşlığının icrası prosesinin tərkib hissəsi kimi, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi (BTLM) arasında “Əməkdaşlıq haqqında çərçivə razılaşması”nın imzalanma mərasimi keçirildi.

Tədbiri ATMU-nun  rektoru İlham Mədətov giriş sözü ilə açaraq hər iki tərəfin qarşılıqlı faydalanacağı bu anlaşmanın icrasının məqsədəuyğun şəkildə həyata keçirilməsini dəstəklədiyini bildirdi. Sözügedən razılaşma mərkəzin sərəncamında olan potensial üzrə müasir  bilik və təcrübənin bu təhsil ocağında istifadəsinə, universitet müəllimlərinin və tələbələrinin mərkəzin fəaliyyətinə cəlb edilməsinə istiqamətlənib. Eyni zamanda, razılaşma BTLM ilə ATMU arasında Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb olunması, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edir.

Tədbirdə Mərkəzi Florida Universiteti və Cambridge Universitetinin məzunu Zəfər Həsənov, Beynəlxalq Təlim və Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov tərəfindən iştirakçılara razılaşma haqqında ətraflı məlumat verildi.

 Universitetin rektoru İlham Mədətov razılaşmada nəzərdə tutulan müddəalarla bağlı ATMU-nun müvafiq struktur rəhbərlərinə tövsiyələrini verərək, bu əməkdaşlığın önəmini bir daha vurğuladı. Tərəflərin razılaşma sənədlərini imzalaması mərasiminin sonunda Beynəlxalq Təlim və Layihə Mərkəzinin nümayəndələri Teymur Məmmədov və Zəfər Həsənov ATMU-nun tələbə heyəti üçün müvafiq təlimlər keçirdilər. Təlimdə fərqlənən tələbələrə sertifikatlar təqdim olundu.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında