“2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən layiqli alim” məqsədli qrant müsabiqəsi çərçivəsində keçirilmiş "2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Təhsil Nazirliyindən verilən məlumatda deyilir ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda
2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, impakt faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə elmi məqalələri dərc olunmuş, digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılması olub.

Müsabiqənin nəticələrinə əsasən, “2016-cı ilin alimi", “2016-cı ilin gənc alimi"  nominasiyaları üzrə 12 alim (8 alim "2016-cı ilin alimi", 4 alim "2016-cı ilin gənc alimi") qalib elan olunub. Qaliblərdən 6-sı AMEA-nın müxtəlif institutlarını, digər 6 qalib isə Bakı Dövlət Universitetini (3 yer), Azərbaycan Dövlət Neft və Sənaye Universitetini, Bakı Mühəndislik Universitetini, Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edir. Müsabiqə nəticəsində fizika, riyaziyyat və texnika elmləri üzrə 3, kimya elmləri üzrə 4, tibb, biologiya və aqrar elmləri üzrə 2, humanitar və ictimai elmlər üzrə 3 alim qalib elan olunub.

Mükafatın ümumi həcmi 32 min manatdır. "2016-cı ilin alimi" nominasiyası üzrə mükafatın həcmi 3 min manat, "2016-cı ilin gənc alimi" nominasiyası üzrə 2 min manat  təşkil edib.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında