Bilik Fondu Cocuq Mərcanlıda müəllimləri təbrik edib

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə alimlər, jurnalistlər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər. 

Səfər çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə Novruz Aslanov adına kənd tam orta məktəbin kollektivi ilə görüş keçirilib. 

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva dövlətin uğurla həyata keçirdiyi dil və təhsil siyasətinin prioritet istiqamətlərindən danışaraq, insan kapitalının formalaşmasında orta məktəbin xüsusi rola malik olduğunu bildiriblər.

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli sərəncamını xatırladan alimlər qısa müddət ərzində kənddə aparılan tikinti-quruculuq işlərinin əhalinin həyat səviyyəsinin yüksəlməsinə təkan verdiyini və digər ərazilərimizin də tezliklə işğaldan azad ediləcəyinə inamı artırdığını deyiblər.

Görüşdə müəllimlərə Bilik Fondunun bayram təbriki çatdırılıb və hədiyyələr təqdim edilib, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri məktəb kitabxanasına kitab bağışlayıblar. Bununla yanaşı, Bilik Günü ərəfəsində ilk tədris ilinə qədəm qoymuş Cocuq Mərcanlı kənd məktəbinə kitablar hədiyyə etmiş Suraxanı rayonu şəhid D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim kollektivinin həmkarlarına ünvanladıqları təbrik lövhəsi kənd məktəbinin direktoru Zamin Həziyevə təqdim olunub.

Z.Həzıyev göstərilən diqqətə görə qonaqlara minnətdarlığını bildirib, dövlətin yerli müəllimlərə qayğısının məktəbin pedaqoji kollektivində ruh yüksəkliyi yaratdığını, şagirdləri elmi biliklərə daha dərindən yiyələnməyə sövq etdiyini vurğulayıb. Cəbrayıl Rayon Təhsil İdarəsinin müdiri Validə Həsənova da müəllimləri peşə bayramları münasibətilə təbrik edib.

Tədbirin bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri xalq mahnıları ifa ediblər. 

Nümayəndə heyəti Cocuq Mərcanlı məscidində sakinlərlə də görüşüb.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında