Aida İmanquliyevanın yaradıcılığına həsr olunmuş elmi seminar

Sentaybrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə "Şərqşünas alim Aida xanım İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” mövzusunda seminar keçirilib.

Tarix muzeyində təşkil olunan seminarda Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin və Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri iştirak ediblər.

Seminarda muzey direktorunun elmi işlər üzrə müavini Nərgiz Əliyeva, elmi işçi Əli Fərhadov, Bilik Fondunun sektor müdiri Hacı Abdulla, BDU şərqşünaslıq fakültəsi dekanının müavini Hüseyn Sadıqov, tədqiqatçı-tərcüməçi Ramazan Əsgərli maraqlı məruzələrlə çıxış ediblər.

Bilik Fondunun lektorlar qrupunun üzvü, gənc alim Əli Fərhadovun "Aida İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış" mövzusunda mühazirəsi maraqla qarşılanıb. Tədqiqatçı Azərbaycanla ərəb dünyasının ədəbi, fəlsəfi-mədəni əlaqələrinin hərtərəfli tədqiqində tanınmış şərqşünas alim Aida İmanquliyevanın rolu və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verib.

Bilik Fondunun mətbuat xidməti bildirir ki, sonda iştirakçıların sualları cavablandırılıb.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında