Parisdə Azərbaycan dili dərslərinin tədrisinə başlanılıb

Artıq 5 ildir ki, Paris Azǝrbaycan evi Azǝrbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə bu ölkənin paytaxtında yaşayan məktəblilər üçün həftə sonu Azərbaycan dili dərsləri təşkil edir.

Azərbaycan evinin rəhbəri, məktəbin direktoru Mirvari Fətəliyeva dərs ilinin ilk gününə həsr olunmuş tədbiri açaraq, Azərbaycan dili dərslərinin gedişatı haqqında məlumat vermişdir. Eyni zamanda, bu ölkədə doğulub böyümüş azərbaycanlı uşaqların gələcəkdə milli mənsubiyyət problemlərinin yaranmaması, onların doğma ölkələrinə bağlılığını təmin etmək üçün həftə sonu dərslərinin rolunun böyük olduğunu qeyd etmişdir.

Dilimiz milli mənsubiyyətimizi bildirən vacib faktordur. Bu baxımdan, Vǝtǝndǝn kǝnarda dilimizin öyrənilməsi üçün hǝyata keçirilǝn bu layihǝ, Azǝrbaycan mǝdǝniyyǝtini tǝbliğ edǝn Paris Azǝrbaycan evinin uğurlu layihǝlǝrindǝn biridir. Dərslərdə, həmçinin şagirdlərə Azərbaycan dili və ǝdəbiyyatı, tarixi, coğrafiyası, eləcə də, zǝngin mədəniyyəti tədris olunur. Dərslər iki sinifdən ibarət olaraq 5-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Təmənnasız olaraq keçirilən dərsləri saat yarım ərzində müəllimlər Mehri Quliyeva və Nazilə Şəfiyeva aparacaqlar. Şagirdlərə dərslik ləvazimatları paylanmış və ilk dərsin mövzusu dövlət atributlarına və ana dili qrammatikasına həsr edilmişdir.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında