“ADA” Universitetində XI Bakı Yay Enerji Məktəbi keçirilir

İyulun 10-da “ADA” Universitetində XI Bakı Yay Enerji Məktəbinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, “ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi SOCAR, BP və Exxon Mobil şirkətlərinin dəstəyi ilə iyulun 9-dan 21-nə kimi XI Bakı Yay Enerji Məktəbini keçirir.

“ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev bildirib ki, “ADA” Universitetində ənənəvi olaraq XI Yay Enerji Məktəbi açılır. Bu yay məktəbi SOCAR ilə birgə təşkil edilir. Bakı Yay Enerji Məktəbi “ADA” Universitetinin həyata keçirdiyi ilk təlim proqramlarından biridir. Təlim proqramının məqsədi Azərbaycanın qlobal səhnədə mahiyyəti və yerini tanıtdırmaq, bölgənin enerji sənayesi barədə biliyi olan ekspertlərin sayını artırmaqdır.

H.Paşayev qeyd edib ki, “ADA” Universitetinin artıq brend proqramına çevrilən Bakı Yay Enerji Məktəbi bu il 14 ölkədən – Amerika, Polşa, Macarıstan, Slovakiya, İsrail və digər ölkələr olmaqla 35 iştirakçı cəlb edib. İki həftə ərzində məktəb iştirakçıları Azərbaycanın və Xəzəryanı dövlətlərin enerji siyasəti ilə bağlı yüksək səviyyəli rəsmilər və nüfuzlu təhlilçilərdən ibarət ekspert qrupunun mühazirələrini dinləyəcək, enerji sahəsində fundamental anlayışlar və terminlər, hüquqi baza, neft və qaz hasilatının Xəzəryanı bölgənin beynəlxalq münasibətlərinə, eləcə də ətraf mühitə təsiri, təbii resursların səmərəli idarəedilməsi kimi vacib mövzuları əhatə edəcək, əldə etdikləri biliklərini interaktiv məşğələlər üçün istifadə edəcəklər. Regionda həyata keçirilən böyük enerji layihələri barədə məktəb iştirakçılarına məlumat veriləcək.

Həmçinin H.Paşayev XI Yay Enerji Məktəbinin iştirakçılarına “ADA” Universiteti barədə məlumat verib.

SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov bildirib ki, Yay Enerji Məktəbinin əsas məqsədlərindən biri Azərbaycanı dünyada, dünyanın enerji xəritəsində daha yaxşı tanıtmaqdır. Burada iştirak edən gənc alimlər, mütəxəssislər Azərbaycanı daha yaxşı öyrənib, öz ölkələrində təbliğ edəcəklər. “Artıq 11-ci ildir ki, Bakı Yay Enerji Məktəbi uğurla fəaliyyət göstərir. Bu Azərbaycanın dünyada tanıdılması üçün vacibdir. Azərbaycanın enerji siyasətinin dünya üçün, Avropa üçün nə qədər əhəmiyyətli olması bir daha göstərilir, gələn qonaqlar bu haqda məlumatlandırılırlar. “ADA” Universitetinin bu layihəsi Azərbaycanın enerji sektorunda fəaliyyətinin dünyada tanıdılması istiqamətində böyük əhəmiyyət kəsb edir”, - deyə X.Məmmədov vurğulayıb.

Təlim proqramı zamanı beynəlxalq dinləyici qrupu qarşısında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, maliyyə nazirinin müavini Emin Hüseynov, ARDNF-in icraçı direktoru Şahmar Mövsümov, SOCAR-ın birinci vitse-prezident Xoşbəxt Yusifzadə, vitse-prezidenti Elşad Nəsirov çıxış edərək respublikamızın enerji strategiyasının prioritetləri barədə ətraflı məlumat verəcəklər. İki həftəlik proqramın sonunda məktəb iştirakçıları Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən sertifikatlarla təltif ediləcək.   Mühazirələrlə yanaşı məktəb iştirakçıları həmçinin Səngəçal Neft terminalı, Təmiz Şəhər ASC-nin Tullantıların Yandırılması və Çeşidlənməsi zavodları ilə tanış olacaq, Milli Tarix Muzeyi, Nobel Qardaşları Muzeyi, İçərişəhərə ekskursiyalar onlarda Azərbaycanın neft tarixi barədə təsəvvür yaradacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında