Bakı Ali Neft Məktəbinin 29 məzunu Türkiyədə işləyəcək

Bakı Ali Neft Məktəbində (BANM) “SOCAR-Türkiyə” şirkətinin “STAR Refinery” müəssisəsində işləyəcək məzunlar və istehsalat təcrübəsi keçəcək tələbələr ilə görüş keçirilib. Belə ki, BANM-in 2016/2017-ci tədris ili üzrə təhsil alan 29 məzunu və 20 tələbəsi yaxın zamanda Türkiyəyə yola düşəcək.

BANM-in mətbuat xidmətindən bildirildiyinə görə, görüşdə bu ali təhsil ocağının rektoru Elmar Qasımov “SOCAR-Türkiyə” şirkəti tərəfindən iş imkanı qazanan məzunları təbrik edib və onlara uğurlar arzulayıb. Qeyd edib ki, BANM dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurub və bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BANM-in tələbələrinin və məzunlarının, həmçinin SOCAR-ın müəssisələrində təcrübəyə cəlb olunduqlarını deyən rektor rəhbərlik etdiyi ali məktəbin “SOCAR-Türkiyə” şirkəti ilə əməkdaşlığını xüsusi vurğulayıb.

BANM-in məzunlarını təbrik edən AMEA-nın vitse-prezidenti İ.Həbibbəyli diqqətə çatdırıb ki, bu ali məktəbdə hazırlanan ingilisdilli yüksəkixtisaslı mütəxəssislər, gələcək mühəndis kadrlar Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaradır.

SOCAR-ın vitse-prezidenti X.Məmmədov qeyd edib ki, BANM-in məzunları “STAR Refinery” şirkətində işləməklə gələcəkdə Azərbaycanın və Türkiyənin ən önəmli mütəxəssisləri olacaqlar.

E.Özoral ali məktəbin fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olduğunu vurğulayıb, gələcəkdə bu amilin BANM-i dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini deyib. İki qardaş ölkə arasında əlaqələrin inkişafından danışan səfir əməkdaşlığımızın bütün istiqamətlərdə, xüsusilə təhsil sahəsində yüksək səviyyədə olduğunu bildirib.

Gələcək mühəndislər rektora tələbələr və məzunlar üçün yaratdığı imkanlara və şəraitə görə təşəkkür ediblər. Ali məktəbin məzunlarının valideynləri böyük sevinc hissi keçirdiklərini, ali təhsil ocağının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında