“UNEC məzunları Azərbaycan iqtisadiyyatına misilsiz töhfələr verəcəklər”

UNEC-də Məzun Günü keçirilib.Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra məzunlar üçün qurulan şərti auditoriyada “son dərs” keçirilib. Dərsdə elektron jurnalla fakültələrin davamiyyəti yoxlanılıb.

UNEC-in rektoru, professor Ədalət Muradov “auditoriyada” quraşdırılan elektron tribunadan “məzun” adını qazanan tələbələri təbrik edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində təhsilin inkişaf etdiyini bildirən rektor, azərbaycanlı tələbələrin cəmiyyətin fəal və ayrılmaz bir hissəsinə çevrildiyini diqqətə çatdırıb. Rektor ölkədə keçirilən bilik və idman yarışlarında, könüllülük hərəkatında, Vətənin qorunmasında UNEC tələbələrinin təmsil olunmasını qürurverici hal adlandırıb.

Gənclərə karyeralarında uğurlar arzulayan rektor, onlara seçdikləri ixtisasa daim sevgi ilə yanaşmağı tövsiyə edib. Çıxışını ulu öndər Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” sözləri ilə tamamlayan Ə.Muradov UNEC məzunlarını Azərbaycan dövlətini yaşatmağa və inkişaf etdirməyə səsləyib.

45 il öncə təhsil aldığı ali məktəbə UNEC-in fəxri məzunu kimi dəvət olunmaqdan məmnunluğunu ifadə edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tələbəlik illərindən söz açıb. UNEC-in son dövrdəki uğurlarını, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığını, beynəlxalq reytinqlərdə yer almasını sevinclə izlədiyini bildirən M.Musayev ölkənin bilikli və bacarıqlı gənclərə, iqtisadçılara daim ehtiyacı olduğunu diqqətə çatdırıb. O, UNEC məzunlarının Azərbaycan iqtisadiyyatının inkişafına misilsiz töhfələr verəcəklərinə əminliyini vurğulayıb.

Universitetin ənənəsinə uyğun olaraq, ən yüksək balla (98,6) məzun olan Aida Həsənovanın adı UNEC-in fəxri daşına həkk edilib. Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu olan A.Həsənova UNEC tələbəsi olmağın üstünlüklərindən danışıb. Bildirib ki, UNEC-də tələbələrin beynəlxalq standartlara cavab verən ali təhsil alması üçün hər şərait yaradılıb.

Universiteti yüksək balla bitirən məzunlara UNEC-də çalışmaq təklif olunduğunu qeyd edən rektor Ə.Muradov bu imkandan A.Həsənovanın yararlana biləcəyini diqqətə çatdırıb.

Əlavə edək ki, 2016/17-ci tədris ilində UNEC-i 4378 məzun bitirir. Onlardan 3199-u bakalavr, 1179-u isə
magistrdır.

Səhnəyə UNEC-in bayrağı gətirilib və məzunlar təntənəli şəkildə and içiblər. Ənənəvi “Papaqatma” mərasimi atəşfəşanlıqla müşayiət olunub. Məzun Günü UNEC-in Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında konsert proqramı ilə davam edib.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında