UNEC-də Aİ-nin Tvinninq layihəsinin müzakirəsi keçirilib

İyunun 20-də UNEC-də Azərbaycan Təhsil Nazirliyi və Avropa İttifaqının Tvinninq layihəsi – “Ali təhsilin keyfiyyətinin yüksəldilməsi” mövzusunda konfrans keçirilib. Konfransda layihənin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri iştirak ediblər.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, konfransın məqsədi ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsi ilə bağlı Təhsil Nazirliyinin hazırladığı yeni planlarla universitetləri tanış etməkdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard layihənin Aİ-nın ali təhsilə aid ilk layihəsi olduğunu deyib. Qeyd edib ki, layihə Azərbaycanla Aİ ölkələri arasında əlaqələrin daha da inkişafına təkan verəcək.

Estoniyanın müvəqqəti işlər vəkili İnderek Kiverik isə icrası uğurla başa çatan layihəni finlandiyalı və estoniyalı ekspertlərlə azərbaycanlı həmkarları arasında təcrübə mübadiləsinin aparılması baxımından faydalı hesab edib.

Verilən tövsiyələrin və əldə olunan nəticələrin ali təhsildə tətbiqi, beynəlxalq mobillik və əməkdaşlıq, universitetlər arasında əməkdaşlığın inkişaf etdirilməsi, universitetlərin müstəqilliyi kimi məsələlər də konfransda geniş müzakirə olunub.

Tədbirdə Tvinninq layihəsinin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri təqdimatla çıxış ediblər. Təhsil Nazirliyi, Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən hazırlanan qaydalar şərh edilərək, ali təhsil icması ilə fikir mübadiləsi aparılıb.

Layihəyə dair yekun konfrans avqustun 29-da keçiriləcək.

İkiillik dövrü əhatə edən pilot layihə UNEC, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində həyata keçirilib.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında